Bu ölkədə alçanın kiloqramı 100 dollara satılır

25 Aprel 2019 09:50 (UTC+04:00)

İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.

Bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.

Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.

Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil.(trend.az)

AzNews.az