Cinsi azlıqları müdafiə etdiyi üçün kilsədən qovuldu

30 Aprel 2013 08:46 (UTC+04:00)


Braziliyada insan haqları müdafiəçilərinin narazılığını səbəb olan hadisə baş verib. Roma-katolik kilsəsi cinsi azlıqların hüquqlarını müdafiə edən rahibi kilsədən kənarlaşdırıb.

Kilsə rəhbərliyi Beto ata kimi tanınan rahibi "erotik və dissident" adlandıraraq, "heç bir katolikin dinə hücum etməyə haqqının olmadığını" bildirib. Kilsədən uzaqlaşdırılan rahib isə kilsəni cinsi azlıqlara münasibətini dəyişməyə və bəzi insanları olduqları kimi qəbul etməyə çağırıb.

Qeyd edək ki, Betto atanın son bazar ayinində onu dəstəkləyən yüzlərlə insan iştirak edib.(anspress)

AzNews.az