Məhkəmə növbəti dəfə Karlos Qonu girov müqabilində azad etdi

25 Aprel 2019 11:08 (UTC+04:00)

Aprelin 25-də Tokio dairə məhkəməsi “Nissan” avtomobil şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonu ikinci dəfə girov müqabilində azadlığa buraxıb.

Xatırladaq ki, K.Qon birinci dəfə martın 6-da 108 gün həbsdə saxlandıqdan sonra girov müqabilində azad edilmişdi. Lakin aprelin 4-də o, yenidən həbs olunmuşdu. Həbsdən sonra K.Qonun vəkilləri onun girov müqabilində azad olunması xahişi ilə müraciət etmişdilər.(AZƏRTAC)

AzNews.az