Türkiyədə daha üç terrorçu məhv edildi

25 Aprel 2019 12:18 (UTC+04:00)

Türkiyənin Diyarbəkir şəhərinin Liçe rayonunda çöllük ərazidə PKK terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib.

Əməliyyat çərçivəsində polislərlə təşkilat üzvləri arasında baş vermiş atışma zamanı 3 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyat davam etdirilir.(qafqazinfo.az)

AzNews.az