Şri-Lankada katolik kilsələri fəaliyyətini dayandırdı

25 Aprel 2019 13:05 (UTC+04:00)

Şri-Lankadakı bütün katolik kilsələr “təhlükəsizlik sahəsində irəliləyiş əldə edilənədək” bağlı qalacaq.

Ruhanilərdən birinin dediyinə görə, güc qurumlarının tövsiyəsi ilə katolik kilsələrdəki ayinlər xüsusi göstəriş verilənədək dayandırılır.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ölkə tarixinin ən irimiqyaslı terror hücumları baş vermişdi. Şri-Lanka vətəndaşı olan 9 kamikadze tərəfindən törədilən hücumlar nəticəsində aralarında 30-dan çox əcnəbi olan 359 nəfər həlak olub. Aparılan təhqiqatlar çərçivəsində 70-dən çox saxlanılan olub.

Bu hadisələrdən sonra Baş Nazir Ranil Vikremsinğe ölkədəki bütün orta məktəblərin ikigünlük, universitetlərin də xüsusi göstəriş verilənədək bağlandığını açıqlamışdı.(report.az)

AzNews.az