Məşhur aktyor vəfat etdi

25 Aprel 2019 13:47 (UTC+04:00)

Dünyaca məşhur “Dallas” serialının Cliff Barnesi Ken Kercheval dünyasını dəyişib.

Bu barədə 83 yaşlı aktyorun meneceri Jeff Fisher məlumat yayıb.

Qeyd olunub ki, kino ulduzu anidən dünyasını dəyişib. Lakin onun ölüm səbəbi mətbuata açıqlanmayıb.

Xatırladaq ki, Kenə 1994-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. O, müalicə olunaraq xəstəlikdən xilas olmuşdu.(qafqazinfo.az)

AzNews.az