Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazandı

25 Aprel 2019 14:20 (UTC+04:00)

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Pərvin Məmmədov 49 kq çəki dərəcəsində ən yaxşı nəticəni göstərib. O, 140 kq çəkini qaldıraraq birinci yerə layiq görülüb.

Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski ilə qazanıb. Səudiyyə Ərəbistanından olan Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yeri tutub.

Bu qələbə Pərvin Məmmədovun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.(ona.az)

AzNews.az