Hacı Əbdül: “Seçkilərdə iştirak etməyəcəyik”

30 Aprel 2013 09:04 (UTC+04:00)
"Biz prezident seçkilərində iştirak etməyəcəyik". Bunu AzNews.az-a "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bildirib.

Ə.Əbdülovun sözlərinə görə, din xadimləri seçkilərdə iştirak etməməlidir: "Biz din xadimiyik. Din xadimlərinin seçkilərə qatılması isə yolverilməzdir ".

Bahar Rüstəmli
AzNews.az