AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

25 Aprel 2019 15:47 (UTC+04:00)

Gəncə şəhər stadionunun ərazisində süni örtüklü meydançanın inşaat işləri ilə əlaqədar AFFA tender elan edib.

Tenderə qatılmaq istəyənlər təkliflərini mayın 13-dək assosiasiyaya təqdim etməlidirlər.

Bunun üçün ilk növbədə “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" doldurulmalıdır. Orada görülməsinə ehtiyac duyulan işlərə təkliflərin hamısı göstərilməlidir. Həmçinin bu işlərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyi də qeyd olunmalıdır.

AzNews.az