Yolu keçən piyadanı maşın vurdu

25 Aprel 2019 17:00 (UTC+04:00)

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Goranboy-Tərtər yolunda qeydə alınıb. Eruz Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən kişini vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az