Rusiyanın valyuta ehtiyatları azalıb

25 Aprel 2019 17:44 (UTC+04:00)

Aprelin 12-dən 19-na qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 0,7 mlrd. ABŞ dolları və yaxud 0,15% azalaraq 491,6 mlrd. dollardan 490,9 mlrd. dollara düşüb.

Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.(report.az)

AzNews.az