Göygöldə 16 yaşlı qız yıxılaraq öldü

25 Aprel 2019 20:02 (UTC+04:00)

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az