Ağdaşda ev yandı

25 Aprel 2019 22:13 (UTC+04:00)

Ağdaş rayonunda yanğın baş verib.

AzNews.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, rayonda ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 134 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az