Karib dənizində gəmi aşdı - 22 nəfər itkindir

25 Aprel 2019 23:07 (UTC+04:00)

Venesuelanın Quiriya şəhərindən Trinidad və Tobaqoya yola düşən gəminin qəzaya düşməsi nəticəsində 22 nəfər itkin düşüb.

Gəmi güclü külək səbəbindən aşıb. Göyərtəsində olan 24 nəfərdən ikisi xilas edilib.

Xilasedicilər digər sərnişinlərin axtarışını davam etdirir. (qafqazinfo)

AzNews.az