"Qalatasaray" Türkiyə Kubokunda finala yüksəldi

25 Aprel 2019 23:45 (UTC+04:00)

İstanbulun "Qalatasaray" klubu Türkiyə kubokunun finalına yüksəlib.

İstanbul təmsilçisi yarımfinal mərhələsinin cavab matçında səfərdə "Malatyaspor"la üz-üzə gəlib. Qarşılaşma "Qalatasaray"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbuldakı ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən "sarı qırmızılar" həlledici görüşdə "Akhisarspor"a rəqib olub.

Türkiyə Kubokunun finalı mayın 16-da Sivas şəhərində təşkil olunacaq. (report)

AzNews.az