Haitidə atışma: ölən və yaralanan var

26 Aprel 2019 00:50 (UTC+04:00)

Haitinin paytaxtı Port-o-Prens şəhərinin cənub rayonlarından birində naməlum şəxslər tərəfindən törədilən silahlı insident nəticəsində azı 8 nəfər həyatını itirib.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər ictimai nəqliyyat gözləyən insanları atəşə tutaraq, ərazidən uzaqlaşıblar. Hadisə zamanı daha 10 nəfər yaralanıb.

AzNews.az