Putin Şimali Koreyaya gedəcək - Tarix açıqlanmır

26 Aprel 2019 08:17 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın KXDR-ə səfər etməyə dair dəvətini qəbul edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In bu təkliflə aprelin 25-də Vladivostokda baş tutan KXDR – Rusiya sammiti zamanı çıxış edib.

Bildirilir ki, Rusiya prezidenti dəvəti "razılıqla" qəbul edib.

Putinin Şimali Koreyaya mümkün səfər tarixi açıqlanmır. (Report)