Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlər (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az