Zelenskinin şirkətində axtarışlar başladı

26 Aprel 2019 09:24 (UTC+04:00)

Ukrayna prezidenti seçilən Vladimir Zelenskinin “Kinokvartal” adlı şirkətində axtarışlar aparılır.

Şirkət barəsində Ukrayna Korrupsiya Qarşı Mübarizə İdarəsinə bir çox şikayət daxil olub.

İdarənin rəhbəri Artyom Sıtnik bildirib ki, şikayətlərdən biri Zelenskinin ötən il çəkdiyi “Mən, sən və onlar” adlı filmdə müqaviləyə riayət etməməsi ilə bağlıdır:

“Əvvəlcədən müqavilədə filmin Ukrayna dilində çəkiləcəyi bildirilsə də, rusca çəkilib. Daha sonra dublyaj edilib. Məsələ ilə bağlı yekun qərarı məhkəmə verəcək”.

Qeyd edək ki, Zelenski prezident seçilmədən öncə aktyor olaraq fəaliyyət göstərib.(qafqazinfo.az)

AzNews.az