Bakıda həkim şoka düşdü: xəstənin öd kisəsindən 114 daş çıxdı - FOTO

26 Aprel 2019 10:29 (UTC+04:00)

Bakıda əməliyyat zamanı bir xəstənin öd kisəsindən çıxarılan daşların sayı həkimi şoka salıb.

AzNews.az xəbər verir ki, uzun müddət öd ağrılarından əziyyət çəkən xəstə həkimə müraciət edir. Həkim Ruslan Ağayev onu müayinə edərkən öd kisəsində çoxlu daşları olduğunu müəyyən edir.

Əməliyyat zamanı həkim xəstənin öd kisəsindən 114 daş çıxarır.

Daşların sayı həkimi şoka salıb.

Bahar RÜSTƏMLİ

AzNews.az