Bakıda fəhlə binadan yıxıldı

26 Aprel 2019 10:54 (UTC+04:00)

Bakıda fəhlə binadan yıxılıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Rayonun Səməd Vurğun, Ş.Əzizbəyov, S. Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən, 1957-ci il təvəllüdlü Rəsulov Firudin Misir oğlu həmin binanın 3-cü blok 5-ci mərtəbəsindən üzbəüz inşa olunan binanın 4-cü blokunun 5-ci mərtəbəsinə keçmək istəyərkən yıxılıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az