Keremlə Serenay niyə ayrılıb?

26 Aprel 2019 14:22 (UTC+04:00)

Türkiyənin məşhur cütlüyü – aktrisa Serenay Sarıkaya və aktyor Kerem Bürsinin ayrılıq xəbəri gündəmi zəbt edib.

Üç ildir ki, eşq yaşayan cütlüyün münasibətə son qoyma səbəbi də açıqlanıb.

Serenay və Keremin dostları KİV-lərə açıqlamasında cütlük arasında soyuqluğun yarandığını, artıq həyəcanın qalmadığını qeyd ediblər.

Bundan əlavə, tez-tez ayrılıb-barışan məşhurlar bu dəfə məlumatı təsdiq ediblər.

Hətta Serenay ötən gün qatıldığı tədbirdə ayrılıq xəbərlərinin doğru olduğunu desə də, mövzu barədə çox danışmaq istəmədiyini vurğulayıb.(qafqazinfo.az)

AzNews.az