Çörəkdə təhlükəli maddə tapıldı

26 Aprel 2019 14:40 (UTC+04:00)

Alimlər çörəyin yaxşı bişməsi üçün ona əlavə edilən maddənin hormon səviyyəsinin yüksəlməsinə, piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola biləcəyini müəyyən ediblər.

Bu barədə Harvard Universitetinin İctimai Səhiyyə Məktəbinin araşdırmasının nəticələrinə istinadən “Science Translational Medicine” elmi jurnalı məlumat yayıb.

Qeyd edilib ki, çörək məhsullarında olan təhlükəli maddə propionatdır. Kalsium propionat (E282) və soda propionat (E281) çörək məmulatlarında kiflənmənin qarşısını almaq üçün istifadə olunur.

Propionatın zərərini sübut etmək üçün elm adamları genişmiqyaslı araşdırma aparıblar, həmçinin siçanlar və insanlar üzərində təcrübələr keçiblər.

İnsanlar üzərində aparılan təcrübəyə 14 sağlam insan cəlb edilib. Bunlar iki qrupa bölünüblər. Yeməyin tərkibinə propionat əlavə edilən şəxslərdə metabolik xəstəliklərin və hormon səviyyəsinin artması müşahidə olunub.(teleqraf.com)

AzNews.az