Bakıdakı Avropa Liqasının finalının büdcəsi 7 milyon dollar təşkil edəcək

26 Aprel 2019 14:54 (UTC+04:00)

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.

Qurum rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, mayın 29-da keçiriləcək matç üçün 7 milyon dollar vəsait ayrılıb: “Avropa Liqasının finalına hazırlıq işlərinin xərclərinə gəlincə, büdcəmiz 7 milyon dollara yaxındır. Bunun tədbir üçün kifayət edəcəyinə əminəm”.

Qeyd edək ki, mayın 29-dakı final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.(ona.az)

AzNews.az