Vladimir Zelenski Bodrumda görün nə etdi?

26 Aprel 2019 15:30 (UTC+04:00)

Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində Petro Poroşenkoya qalib gələn aktyor Vladimir Zelenski Türkiyəyə gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, iki günlük Bodruma yollanıb.

Zelenski sosial şəbəkədə səfəri haqda belə yazıb: “Türkiyəyə gedirəm. Uşaqları əyləncə festivalına aparıram”.

Prezident Bodrumda qaldığı oteldə uşaqlar üçün festival keçirəcək.

Onun bazar günü ölkəsinə qayıdacağı bildirilir.

Qeyd edək ki, Vladimir Zelenskinin rəsmi olaraq prezident seçilməsi mayın 1-də açıqlanacaq.

Rəqsanə

AzNews.az