Medvedev 4 ukraynalını “qara siyahı”dan çıxardı

26 Aprel 2019 17:07 (UTC+04:00)

Rusiya baş naziri Dmitri Medvedev 4 Ukrayna vətəndaşına qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

Bunlar Ukrayna milli telekanalının baş direktoru Vladimir Lokotko, Kiyev şəhər administrasiyasının keçmiş rəhbəri Leonid Çernovetski, “Praveks-Bank”ın müşahidə şurasının eks-rəhbəri Stepan Çernovetski, eləcə də Vladimir Krılovdur.

Həmin şəxslərin “qara siyahı”dan çıxarılmalarının səbəbi açıqlanmır.(qafqazinfo.az)

AzNews.az