BDU-nun kollektivi Mir Cəlal Paşayevin xatirəsini andı

26 Aprel 2019 17:57 (UTC+04:00)

Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında xüsusi xidmətlər göstərmiş Mir Cəlal Paşayevin doğum günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) kollektivi II Fəxri Xiyabanda onun xatirəsini anıb.

BDU-dan bildirilib ki, rektor Elçin Babayev görkəmli yazıçının əsərlərinin bir neçə nəslin tərbiyəsində, maariflənməsində və Azərbaycanın fikir tarixində mühüm rol oynadığını bildirib. Mir Cəlalın “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” fikrini xatırladan rektor bu ailənin təhsildə və elmdə iki zirvəli dağ yaratdığını qeyd edib.

Mir Cəlalın yetirməsi, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimov ədibin zəhmətkeşliyindən, müəllimlik fədakarlığından, tələbələrinə böyük inamı və dəstəyindən danışıb.

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal haqqında yazdığı yeni şeirini səsləndirib.(AZƏRTAC)

AzNews.az