Formula 1-də "lyuk"un səbəb olduğu qəza ilə bağlı - AÇIQLAMA

26 Aprel 2019 18:18 (UTC+04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gün baş verən qəza ilə bağlı məlumat yayıb.

Məlumata görə, qəza ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.

“Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ilk sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub.

AzNews.az