Rusiyada raket zavodu yanır - VİDEO

26 Aprel 2019 18:29 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodu yanır.

Zavod korpuslarından birinin damı yanıb.

Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.

Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.

Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər.

AzNews.az