Tovuzda 69 yaşlı kişi itkin düşdü

26 Aprel 2019 19:43 (UTC+04:00)

Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kənd ərazisində olan Qazqulu gölündə batdığı ehtimal olunur.

Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az