Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.
Hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.
Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Avtoqəzanın təfərrüatları araşdırılır. (ona.az)
AzNews.az