Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

26 Aprel 2019 23:27 (UTC+04:00)

Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Hadisə Yevlax şəhərində, Bayraq Meydanının yaxınlığında qeydə alınıb.

Bakıdan Gəncə istiqamətinə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınınla toqquşması nəticəsində 3 nəfər, 1991-ci il təvəllüdlü İlyas Ramiz oğlu İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, qəzaya düşən mikroavtobus Bakı şəhərində məktəblilər üçün təşkil olunmuş idman yarışından qayıdan məktəbliləri onların müəllimləri və valideyinlərini daşıyırmış.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az