Dünyanın ən xoşbəxt əhalisi bu ölkələrdə yaşayır

26 Aprel 2019 23:52 (UTC+04:00)

Bu barədə “Gallup” şirkəti 2018-ci il üçün reytinq cədvəlini hazırlayıb. Siyahıya Paraqvay və Panama rəhbərlik edib. Reytinq cədvəli 143 ölkədən 150 mindən çox insan arasında müsbət və mənfi emosiyalar sorğusu əsasında tərtib edilib.

Ümumilikdə Latın Amerikası ölkələrinin əhalisi dünyanın ən xoşbəxti sayılırlar. İlk 10-luğa Qvatemala, Meksika, Salvador, Honduras, Ekvador, Kosta-Rika və Kolumbiya daxildir. Xoşbəxt olmayan insanlar isə Afrika və yaxın şərq ölkələrində yaşayır. (qafqazinfo)

AzNews.az