Goranboyda xanımını bıçaqlayan şəxs saxlanıldı

27 Aprel 2019 09:28 (UTC+04:00)

Goranboyda xanımını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə DİN mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

1982-ci il təvəllüdlü rayon sakini Elşən Eldar oğlu Tağıyev Dəliməmmədli şəhərində həyat yoldaşı K.Tağıyevanı bıçaqlamaqda şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)