Maşın FHN əməkdaşını öldürdü - Neftçalada

27 Aprel 2019 09:34 (UTC+04:00)

Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.

Hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.

Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)