Anamdan belə doğulmadım - Çağla Şıkel

27 Aprel 2019 11:06 (UTC+04:00)

Türkiyənin məşhur modeli Çağla Şıkel “Nestle Pure Life”ın dəvətinə qatılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, həyatı boyunca qazlı içkilər içmədiyini söyləyən 40 yaşlı maniken “Mənə ayran və su gətir” deyib.

Çağla aldığı məvacibi dilinə gətirənlərə də bu sözləri bildirib:

“Onların adına üzgünəm, edə biləcək bir şeyim yoxdur. Mənim kimi çox işləmələrini məsləhət görürəm. Nəticədə anamdan belə doğulmadım”.

Səidə Vahid

AzNews.az