Milyonçu iş adamının sosyetik sevgilisi əsəbiləşdi - "Beldən aşağı şərh yazanları..."

27 Aprel 2019 11:55 (UTC+04:00)

İş adamı Hacı Sabancı ilə sevgili olan sosyetik gözəl Nazlı Kayı maraqlı açıqlaması ilə diqqət çəkib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkədə tənqid edilməsindən şikayətlənib:

“Sosial şəbəkədə tənqid edənlərə, pis rəy yazanlara görə əvvəllər çox pis olurdum. Amma zamanla buna öyrəşdim, çünki o qədər pis şərh yazan sosial şəbəkə istifadəçiləri var ki... Bu, onların qəlbinin çirkinliyindən irəli gəlir. Beldən aşağı şərh yazanları bloka atıram”.

Rəqsanə

AzNews.az