Bu ölkədə 310 həkim istefa verdi - Maaşları azdır

27 Aprel 2019 12:10 (UTC+04:00)

Mərakeşin dövlət xəstəxanalarında çalışan 310 həkim sağlamlıq sistemindəki problemlər səbəbi ilə istefa verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar ölkədəki səhiyyəni "fəlakət" adlandırıb.

Beni Melalda 122, Meknesdə 125 və Şərq bölgəsində isə 63 həkimin istefa etdiyi deyilir.

Bu olaydan sonra hökumət həm özəl, həm də dövlət sektorunda işləyən həkimlərin əmək haqqının artmasını nəzərdə tutan anlaşmaya imza atıb.

Qeyd edək ki, Mərakeşdə dövlət xəstəxanalarında çalışan həkimlər təxminən 7 min dirhəm (700 dollar) maaş alır. Özəl sektorda fəaliyyət göstərənlərin maaşlarının isə daha yüksək olduğu bildirilir.

Səidə Vahid

AzNews.az