Formula 1 yarışı Bakıya çox yaraşır - Finlandiyalı turist

27 Aprel 2019 15:14 (UTC+04:00)

Bakı şəhər halqası özünəməxsusluğu ilə seçilir. Həmişə yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən Azərbaycan növbəti Formula 1 Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi edir.

Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn finlandiyalı turist Ramin Avtosaloma deyib.

Formula 1 yarışlarını izləmək üçün Bakıya ikinci dəfədir gəldiyini qeyd edən turist şəhəri çox bəyəndiyini, yarışın paytaxtımızda daha həyəcanlı keçdiyini bildirib: “Bakı füsunkar və bir sıra mədəniyyətlərin elementlərini özündə cəmləşdirən böyük və gözəl şəhərdir. Dünya əhəmiyyətli mötəbər tədbirlərin burada keçirilməsi çox təbiidir. Bunu təkcə mən yox, buradakı müxtəlif tədbirlərdə iştirak edən dostlarım da təsdiqləyirlər. Hesab edirəm ki, Formula 1 kimi möhtəşəm idman yarışı Bakıya çox yaraşır”. (Azərtac)