Türkan Şoraydan etiraf - “Çox ağlatdılar”

27 Aprel 2019 13:29 (UTC+04:00)

“Yeşilçamı”ın canlı əfsanələri Türkan Şoray və Hülya Koçyiğit bir araya gəliblər.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Koçyiğit Türkan Şorayı “TRT 2”-də yayımlanan "Film kimi həyat” verilişinə dəvət edib.

“Yeşilçam” xatirələrindən danışan Türkan Şoray etirafı ilə diqqət çəkib: “Bizi filmlərdə çox ağlatdılar. Bu bəlkə də yaxşı oldu, içimizi tökdük”.

Türkan Şoray ana olmasından da danışıb: “Yağmuru qucağıma alanda kamera axtarırdım. Düşünürdüm ki, filmdir”.

Rəqsanə

AzNews.az