Xaçmazda canavarlar 30 qoyunu parçaladı

27 Aprel 2019 13:47 (UTC+04:00)

Xaçmaz rayonunda canavarlar təsərrüfata hücum edib.

Hadisə rayonun Bəbəli kəndində qeydə alınıb.

Yırtıcılar kənd sakini Rəhman Məmmədova məxsus 30 baş qoyunu parçalayıb.

Onlardan 15-i tələf olub, 15-i isə müxtəlif dərəcəli xəsarətlər alıb. (ONA)