Bakıda M.Rostropoviç X Beynəlxalq Musiqi Festivalı başa çatıb - FOTO

27 Aprel 2019 20:53 (UTC+04:00)
Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünyaşöhrətli musiqiçilər və kollektivlər iştirak edib. AZƏRTAC xəbər verir ki, aprelin 27-də Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub. Konsertdə dünyaşöhrətli bəstəkarlar Frants Şubert və Qabriel Forenin əsərləri səslənib. Bakılı tamaşaçılar konserti böyük maraqla qarşılayıblar. AzNews.az