ABŞ-da növbəti atışma - Ölən var

28 Aprel 2019 09:25 (UTC+04:00)

ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) silahlı şəxs sinaqoqda insanlara atəş açıb.

Şəhərin meri bildirib ki, silahlı insident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Sinaqoqda insanlara atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

Ölkə prezidenti Donald Tramp insident nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verib.(trend.az)

AzNews.az