Nazarbayev Pekində Ceki Çanla görüşdü

28 Aprel 2019 10:01 (UTC+04:00)

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Pekin şəhərində məşhur Çin aktyoru Ceki Çanla görüşüb.

Bunu Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay "Tvitter" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Nursultan Nazarbayev Pekində keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.(trend.az)

AzNews.az