“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürdü

28 Aprel 2019 16:16 (UTC+04:00)

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürüb.

10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər.

Yarışa saat 18:10-a qədər yekun vurulacaq.

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Şarl Lekler (“Ferrari”)

9. Karlos Sayns (“McLaren”)

10. Daniel Rikkardo (“Renault”)

11. Aleksandr Albon (“Toro Rosso”)

12. Kevin Maqnussen (“Haas”)

13. Lens Stroll (“Racing Point”)

14. Romen Qrojan (“Haas”)

15. Niko Hülkenberq (“Renault”)

16. Corc Rassel (Williams)

17. Antonio Covinatsi (“Alfa Romeo”)

18. Robert Kubitsa (Williams)

19. Kimi Raykkonen (“Alfa Romeo”)

20. Pyer Qasli (“Red Bull”)

Qeyd edək ki, Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub.

Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.

AzNews.az