İŞİD terrorçularının növbəti hədəfi məlum oldu

28 Aprel 2019 17:42 (UTC+04:00)

İŞİD terrorçuları Asiya və Afrika ölkələrindəki kurortlara hücum edə bilər.

Bu barədə The Sunday Telegraph nəşri yazır.

Bildirilir ki, məşhur kurortlara hücum zamanı Şri-Lankada baş vermiş terror aktları əsas götürülə bilər.

İŞİD terrorçularının Hindistan, Maldiv adaları, Keniya və Tanzaniyadakı kurortları hədəf götürməyi planlaşdırdığı qeyd olunur.

Polisdəki mənbə bildirib ki, dünya ölkələrinə səpələnərək terror aktlarına hazırlaşan İŞİD terrorçuları ilə bağlı problem getdikcə dərinləşir.(oxu.az)

AzNews.az