Formula 1 Socar Azərbaycan Qran-Prisində ilk qəza - FOTO

28 Aprel 2019 17:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yarışın 32-ci dövrəsində Renault komandasının pilotu Daniel Rikkardo ilə Toro Rosso komandasının pilotu Daniil Kvyat arasında insident yaşanıb.

Belə ki, döngəyə girə bilməyən Rikkardo rəqibinin qarşısını alıb. Arxaya qayıdarkənsə, Kvyatın bolidinə çırpılıb.

Nəticədə hər iki pilot yarışı dayandırmalı olub.

Fəridə Abdulla
AzNews.az