Türkiyədə it-robot icad edildi - FOTO

28 Aprel 2019 19:16 (UTC+04:00)

Türkiyənin Konya vilayətində "Arat" adlı it-robot icad edilib.

Çəkisi 30 kiloqram olan robot "Akınsoft" şirkəti tərəfindən hazırlanıb. Gələcək iki il ərzində seriyalı istehsalı planlaşdırılan robotun üzərində 30 mühəndis çalışır.

Qeyd edək ki, 2018-ci ildə Türkiyədə balıq-robot icad edilib. Balıq-robotun düzəldilməsinə 360 min lirə xərclənib. Həmin robot sualtı müşahidələr aparmağa qadirdi və adi balıqdan seçilmir.

Növbəti illərdə Türkiyədə robotların yeni növlərinin yaradılması nəzərdə tutulub. (trend)

AzNews.az