Ramil Şeydayev "Zenit"lə oyunda qırmızı vərəqə aldı

28 Aprel 2019 20:28 (UTC+04:00)

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" klubu Rusiya çempionatının 26-cı turunda "Zenit"in qonağı olub.

Sankt-Peterburq şəhərinin "Qazprom Arena" stadionunda baş tutan görüş ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev start heyətində meydana çıxıb. Milli futbolçu oyun ərzində bir neçə qol imkanlarını boşa verib. Şeydayev matçın 47 və 78-ci dəqiqələrində baş hakim Aleksey Yeskov tərəfindən aldığı sarı vərəqlərdən sonra meydandan qovulub.

"Zenit" bu qələbədən sonra xallarının sayını 57-yə çatdırıb və əvvəlki kimi Rusiya Premyer Liqasının turnir cədvəlinə liderlik edir. "Krılya Sovetov" 27 xalla 13-cü pillədədir.

Rusiya Premyer Liqası. 26-cı tur

"Zenit" – "Krılya Sovetov" - 4:2

Qollar: 1:0 – Azmun – 9, 2:0 – Azmun – 30, 3:0 – Burlak – 35 (avtoqol), 3:1 – Tkaçuk – 40, 3:2 – Tkaçuk – 44, 4:2 – Smolnikov – 90+1

Qırmızı vərəqə: Şeydaev, 78 ("Krılya Sovetov") (report)

AzNews.az