Yevlaxda iki avtomobil toqquşdu

28 Aprel 2019 22:00 (UTC+04:00)

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yevlax-Xaldan-Mingəçevir yolu ilə hərəkətdə olan "VAZ-21011" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az